Cümə axşamı, 16 May

ÜST koronavirusun "Mü" ştammını araşdırır

image

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni növü ilə maraqlanır. Kolumbiyada ilk dəfə aşkar edilən “Mü” ştammını qurum maraq doğuran COVID-19 mutasiyalar siyahısına daxil edib.

Xəbər verilir ki, bu barədə “New Scientist”in qurumun həftəlik bülleteninə istinadən yaydığı xəbərdə vurğulanır.

Qeyd olunub ki, koronavirusun yeni “Mü” və yaxud B.1.621 ştammı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar olunub. Bu ştamma yoluxma halları yalnız Cənubi Amerikada deyil, Avropada da qeydə alınıb.

ÜST-ə görə, mövcud peyvəndlər bu növə qarşı daha az təsirli olacaq. COVID-19-un "Mü"variantını öyrənmək üçün əlavə araşdırmalara ehtiyac yaranacaq.

Təşkilatın açıqlamasına görə, “Mü” ştamının dünyada yayılması halları azalıb və 1%-dən az təşkil edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00